İcarəyə verilir 2 otaqlı köhnə tikili 60 m², Sahil m.
Bakının tarixi mərkəzində, Mərdanov qardaşları küçəsində, City Inn Nizami Boutique Hotel olan binada 3-cü mərtəbədə 2 otaqlı, 60 kvadratmetr, geniş küçəyə baxan balkonlu mənzil kirayə verilir. Mənzildə divan, 2 televizor və kondisionerlər var. Bina klassik memarlığı, daş ornamentləri və möhtəşəm giriş qapısı ilə seçilir. Nizami küçəsi, Fəvvarələr meydanı, Xaqani bağı, restoranlar və kafelər piyada məsafəsindədir.